Çin ABŞ ın İran hücumlarını pislədi

22.06.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çin XİN: ABŞ-ın hücumları BMT Nizamnaməsinin prinsiplərini ciddi şəkildə pozur.

Çin, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələri qəti şəkildə pisləyib və münaqişənin həlli üçün danışıqlara çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bəyanat verib. Bəyanat nazirliyin rəsmi saytında dərc olunub.

“Çin ABŞ-ın İrana və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olan nüvə obyektlərinə hücumunu qətiyyətlə pisləyir. ABŞ-ın bu addımı BMT Nizamnaməsinin məqsəd və prinsiplərini ciddi şəkildə pozur,” – deyə nazirlik vurğulayıb.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью