Çin ABŞ ın nüvə tərksilahı danışıqları tələbini rədd edib

03.02.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çinin bu mərhələdə nüvə tərksilahı danışıqlarına qoşulmasını tələb etmək ədalətsiz və ağlabatan deyil"

“ABŞ-ın Çinin Moskva və Vaşinqtonun nüvə silahlarına nəzarət danışıqlarına qoşulmasını tələb etməsi bu mərhələdə ədalətsizdir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cian “RİA Novosti”yə bildirib.

Diplomat deyib ki, "Çinin bu mərhələdə nüvə tərksilahı danışıqlarına qoşulmasını tələb etmək ədalətsiz və ağlabatan deyil".

Daha əvvəl "The Financial Times" (FT) mənbələrə istinadən ABŞ Prezidenti Donald Trampın nüvə silahlarına qoyulan məhdudiyyətləri qorumaq və Çini müvafiq danışıqlara daxil etmək istədiyini yazmışdı.

Fevralın 5-də Strateji Silahların Azaldılması Müqaviləsinin (START) müddəti bitir və bu, Rusiya ilə ABŞ arasında nüvə raket potensialına birbaşa məhdudiyyətlər qoymaqla bağlı son ikitərəfli razılaşmanın sona çatması deməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью