Çin ABŞ ın tariflərinə qarşı Braziliya ilə birgə hərəkətə hazır olduğunu bəyan edib

17.07.2026

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Çin ABŞ-ın tətbiq etdiyi əlavə gömrük rüsumlarına qarşı Braziliya və digər ölkələrlə birlikdə fəaliyyət göstərməyə hazır olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan bildirib.

O, ABŞ administrasiyasının Braziliyadan idxal olunan məhsullara əlavə tariflər tətbiq etmək qərarını şərh edərkən deyib ki, Çin Braziliya da daxil olmaqla bütün ölkələrlə birlikdə Ümumdünya Ticarət Təşkilatının aparıcı rol oynadığı çoxtərəfli ticarət sistemini müdafiə etməyə hazırdır.

Lin Tsyan vurğulayıb ki, tarif müharibələrinin qalibi olmur və belə qarşıdurmalar heç bir tərəfin maraqlarına xidmət etmir. Onun sözlərinə görə, Çin digər ölkələrlə birlikdə beynəlxalq ədalət və hüququn qorunması istiqamətində əməkdaşlığı davam etdirməyə hazırdır.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio Ağ evin Braziliyadan idxal edilən məhsulların böyük hissəsinə 25 faiz həcmində gömrük rüsumu tətbiq etmək qərarı verdiyini açıqlamışdı.

Marko Rubio bu addımın səbəbini izah edərkən Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın Braziliya xalqının rifahı naminə razılaşma əldə etmək əvəzinə şəxsi ambisiyalarını üstün tutduğunu iddia edib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью