Çin ABŞ mallarına 84% rüsum tətbiq etdi Ticarət müharibəsi genişlənir

09.04.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Çin ABŞ mallarına tətbiq etdiyi qarşılıqlı rüsumu 34%-dən 84%-ə qaldırıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Euronews” bildirib.

Çin Maliyyə Nazirliyi tərəfindən yayımlanan açıqlamada deyilir ki, yeni rüsum dərəcəsi 10 aprel tarixindən etibarən qüvvəyə minəcək:

"2025-ci ilin 8 aprelində ABŞ hökuməti Çin mallarına qarşı tətbiq olunan qarşılıqlı rüsumu 34%-dən 84%-ə qaldıracağını açıqladı. ABŞ-ın Çin üzərindən ticarət rüsumlarını artırmaq təcrübəsi səhv üstə səhvdir. Bu, Çinin qanuni hüquq və maraqlarına və qaydalara əsaslanan çoxtərəfli ticarət sisteminə CİDDİ zərbə vurur".

Amin Rızayev,BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью