Çin ABŞ ni məhkəməyə verdi

04.03.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Çin ABŞ-nin Çin mallarına rüsumları artırması ilə bağlı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
“Çin ABŞ-nin son tarif artımı ilə bağlı ÜTT mübahisələrinin həlli mexanizmi çərçivəsində ABŞ-yə qarşı iddia qaldırıb. ABŞ-nin birtərəfli tarif tədbirləri ÜTT qaydalarını ciddi şəkildə pozur və Çin və ABŞ arasında ticarət və iqtisadi əməkdaşlığın təməlini sarsıdır”, - nazirlik bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Pekinin ABŞ-yə narkotik qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər səy göstərmədiyini əsas gətirərək, Çin mallarına idxal rüsumlarının 10%-dən 20%-ə qaldırılması barədə sərəncam imzalayıb. Sərəncamda Çinin sintetik opioidlərin, o cümlədən fentanilin ABŞ-yə gətirilmsinin qarşısını almaq üçün qeyri-adekvat səyləri qeyd olunub ki, bu da Tramp administrasiyasının fikrincə, ölkənin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün ciddi təhlükədir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью