Çin ABŞ nin 104 % lik rüsum qərarına qarşı qətiyyətli tədbirlər görəcək

09.04.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Çin höküməti ABŞ-nin 104 % gömrük rüsumlarına cavab olaraq qətiyyətli tədbirlər görəcək.

“Report” RTHK-ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan brifinq zamanı bildirib.

"Biz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qətiyyətli və səmərəli tədbirlər görməyə davam edəcəyik", - L.Tszyan qeyd edib.

Daha əvvəl o, ABŞ-nin digər ölkələrdən idxal olunan mallara tətbiq etdiyi rüsumların iqtisadiyyatın bərpası prosesini və s. sarsıtdığını bildirmişdi.

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiqini elan edib. Bəziləri üçün fərdi faiz dərəcə müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью