Çin ABŞ nin hərbi koordinatlarını İrana ötürdü FOTOlardan biri kəşfiyyatın əlinə keçdi

02.02.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Çin kəşfiyyat peykləri vasitəsilə əldə etdiyi ABŞ-nin Yaxın Şərqdə yerləşdirilmiş əsas hərbi obyektlərlə bağlı materialları İrana ötürür.
Bakupost.az xəbər verir ki, göndərilən fotolarda söhbət hava hücumundan müdafiə (HHM) sistemləri, hərbi bazalar, logistika mərkəzləri, komanda məntəqələri, radar mövqeləri, dənizdəki hərbi gəmilər və dəstək infrastrukturlarından gedir.


Məlumatlara görə, İrana ötürülən peyk fotolarından biri kəşfiyyat kanalları vasitəsilə üzə çıxıb və hazırda açıq mənbələrdə yayılıb. Həmin görüntü ABŞ-ın regiondakı HHM sistemlərinin dəqiq müşahidə edildiyini göstərir. Hərbi ekspertlər bildirir ki, bu cür fotolar sadə müşahidə deyil, hücum öncəsi kəşfiyyat mərhələsinin bir hissəsidir.
Analitiklərin fikrincə, Çin peykləri ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu tam xəritələndirir. Toplanan məlumatlara, hərbi obyektlərin dəqiq koordinatları, HHM və radar sistemlərinin yerləşmə sxemləri, ABŞ və müttəfiqlərinə məxsus hərbi gəmilərin mövqeləri və marşrutları, bazaların aktivlik səviyyəsi və infrastruktur elementləri daxildir.
Bu məlumatların İrana ötürülməsi Tehran yüksək dəqiqlikli hədəfləmə imkanı yaradır. Xüsusilə, HHM sistemləri və komanda mərkəzlərinin yerlərinin əvvəlcədən bilinməsi mümkün hücum zamanı onların neytrallaşdırılmasını xeyli asanlaşdırır.
Hərbi dairələrdə vurğulanır ki, Çin bu prosesdə neytral müşahidəçi deyil, faktiki olaraq İrana kəşfiyyat dəstəyi verir. Bu isə ABŞ-la İran arasında mümkün hərbi toqquşma ssenarisində Pekinin dolayı, lakin həlledici rol oynadığını göstərir.
Fotolardan birinin kənar kəşfiyyat kanallarına sızması isə məsələnin miqyasını daha da böyüdür. Ekspertlərin fikrincə, bu fakt regionda artıq “gizli hazırlıq” mərhələsinin başladığını və tərəflərin mümkün qarşıdurmaya texniki baxımdan hazırlaşdığını göstərir.
Rəsmi Vaşinqton və Pekin hələlik yayılan peyk görüntüləri və məlumat sızması ilə bağlı açıqlama verməyib. Lakin analitiklər bildirir ki, ABŞ hərbi obyektlərinin bu səviyyədə ifşası Yaxın Şərqdə təhlükəsizlik balansını ciddi şəkildə pozur və eskalasiya riskini kəskin artırır.
Cavid, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью