Çin ABŞ nin ticarət danışıqları ilə bağlı çağırışına şərt qoyub

02.05.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin hakimiyyəti ABŞ-nin ikitərəfli danışıqlara hazır olduqları barədə bəyanatlarını öyrənir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Çin Ticarət Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Nazirlik xatırladıb ki, ABŞ rəsmiləri ticarət tariflərini müzakirə etmək üçün Çinlə danışıqlar aparmağa hazır olduqlarını dəfələrlə bildiriblər.

“ABŞ bu yaxınlarda maraqlı tərəflər vasitəsilə Pekinə Çinlə danışıqlara başlamağa hazır olduqlarını bildirən mesajlar göndərib. Çin hazırda bunu öyrənir”.

Ticarət Nazirliyinin bəyanatında həmçinin qeyd olunub ki, tarif və ticarət müharibəsi ABŞ tərəfindən birtərəfli qaydada başladılıb: “Əgər ABŞ danışıqlar aparmaq istəyirsə, səmimiyyətini nümayiş etdirməli, səhvlərini düzəltmək və birtərəfli tarifləri aradan qaldırmaq üçün addımlar atmağa hazır olmalıdır”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью