Çin ABŞ tarifləri ilə bağlı əks tədbirlər görəcək

03.04.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pekin Vaşinqtonun Çin mallarına rüsumları artırmasını qəti şəkildə pisləyir və ölkənin maraqlarını və hüquqlarını qorumaq üçün əks tədbirlər görəcəyini vəd edir.

APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin ABŞ prezidenti Donald Trampın rüsumların artırılması ilə bağlı qərarına cavab olaraq verdiyi bəyanatda deyilir.

“Çin buna qəti şəkildə qarşıdır, biz öz hüquq və maraqlarımızı qorumaq üçün qətiyyətlə əks tədbirlər görəcəyik”, - qurumun saytında dərc olunmuş mətndə deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью