Çin ABŞ və Avropaya dron hissələrinin ixracını məhdudlaşdırır

11.12.2024

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Çin istehsalçıları dronların yaradılması üçün vacib hissələrin ABŞ və Avropaya satışını məhdudlaşdırmağa başlayıblar.

Avtosfer.az “Report”a  istinadən məlumat verir ki, Çində pilotsuz uçuş aparatlarının mühərrikləri, batareyaları və onların uçuş idarəetmə sistemləri istehsalçıları tədarük olunan hissələrin sayını azaldıb və ya təchizatını tamamilə dayandırıblar.

Mənbələr qeyd ediblər ki, bu, pilotsuz təyyarələrin hissələrinin ixracına dair daha geniş məhdudiyyətlərin müqəddiməsidir. Qərb rəsmiləri onların gələn ildən qüvvəyə minəcəyini gözləyirlər.

Vurğulanıb ki, Çin tələb olunan lisenziyaları təsdiq etməyi dayandıra bilər və istehsalçılardan hissələrin göndərilməsi planları barədə hökumətə məlumat vermələrini tələb edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью