Çin ABŞ və Rusiyanın nüvəsizləşdirmə danışıqlarında iştirak etməyəcək

27.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-la Rusiya arasında nüvəsizləşmə müzakirələrinə Çinin də qoşulmasını istəmək mənqitli və realist deyil.

APA xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun deyib.

“Çin və ABŞ-ın nüvə potensialı qətiyyən eyni səviyyədə deyil. Eləcə də, iki ölkənin strateji təhlükəsizlik şərtləri və nüvə siyasəti bir-birindən kəskin fərqlənir”, - Çin XİN sözçüsü bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara Çinin də qoşulmasını istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью