Çin ABŞ yə nadir torpaq metallarının göndərilməsi yollarını axtarır

11.11.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin ABŞ-yə nadir torpaq metallarının sadələşdirilmiş tədarükü sistemini yaradır.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri yazıb.

Bildirilir ki, bunun üçün əsas şərt tədarük edilən nadir metalların ABŞ Silahlı Qüvvələri ilə əlaqədar şirkətlərin sərəncamına verilməməsidir.

Çin bunun üçün VEU (yoxlanılmış son istifadəçi sistemi) mexanizmindən istifadə etmək istəyir. Bu mexanizm vasitəsilə nadir torpaq materiallarının ABŞ ordusu üçün tədarükünü istisna etməklə Birləşmiş Ştatlara ixracı ilə bağlı Vaşinqtonun şərtlərini yerinə yetirmək mümkün olacaq.

Qeyd edək ki, Çin daha əvvəl müdafiə sənayesində istifadə olunan germaniumun Qərb ölkələrinə ixracını məhdudlaşdırmışdı. Bu, həmin metalın qiymətinin kəskin artmasına səbəb olmuşdu.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью