Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çin ABŞ-yə qarşı əks-sanksiyalar tətbiq edib və dronların tədarük zəncirinə dair ixrac məhdudiyyətlərini sərtləşdirib.
XQ xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti Çinin Kommersiya Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Bəyanata əsasən, dronların, onların əsas komponentlərinin və onlarla əlaqəli texnologiyaların ABŞ-yə ixracı bundan sonra hər bir ayrı halda ciddi yoxlamadan keçəcək. Tətbiq olunan tədbirlər dərhal qüvvəyə minir.
Nazirlikdən bildirilib ki, bu addımlar milli təhlükəsizliyin qorunması və Çinin yayılmama sahəsindəki beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi üçün zəruridir.
Elə həmin gün Kommersiya Nazirliyi altı Amerika təşkilatını əks-tədbirlər siyahısına daxil edərək Çin təşkilatlarına və fiziki şəxslərinə onlarla əməkdaşlıq etməyi qadağan edib. Qurum bu strukturları ABŞ-nin Çinə qarşı sanksiyalarına dəstək verməkdə günahlandıraraq onların hərəkətlərini qəbuledilməz adlandırıb.