Çin ABŞ yə xəbərdarlıq etdi

23.05.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin ABŞ-ı Tayvan məsələsində ehtiyatlı davranmağa çağırıb.

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Çin ABŞ-nin Tayvan və Yaponiyanı silandırmasını kəskin şəkildə tənqid edib.

Rəsmi Pekin  bəyan edib ki, ABŞ-nin Asiya-Sakit okean regionunda silah satışı və ballistik raketlərinin sayını artırması bölgədə gərginliyi artıra və Pekin ilə Vaşinqton arasında artan geosiyasi rəqabət fonunda sabitliyi poza bilər. 

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Ceyms Kilbinin ABŞ-nin Asiya-Sakit okeanda bəzi ölkələrə silah satışı ilə bağlı bəyanatı Pekinin sərt reaksiyasına səbəb olub. 

C.Kilbi açıqlamasında bildirib ki, Pentaqon İranla davam edən münaqişə və Yaxın Şərqdə hərbi strategiyanın dəyişməsi səbəbindən Tayvana təklif olunan 14 milyard dollarlıq silah paketini müvəqqəti olaraq dayandırıb. 

ABŞ prezidenti Donald Trampın Tayvan lideri Uilyam Lay Çinq-te ilə telefon danışığı aparmaq planlarını açıqlamasından sonra məsələyə daha ciddi diqqət yetirilməyə başlanılıb.

Çinin öz ərazisinin bir hissəsi hesab etdiyi Tayvanla bağlı bu addım Vaşinqton və Pekin arasında diplomatik gərginliyi artıracağı gözlənilir.

Eyni zamanda ABŞ-nin Asiya-Sakit okeanda raket mövqelərini möhkəmləndirməsi də rəsmi Pekin tərəfindən birmənalı qarşılanmayıb. 

Pekində keçirilən mətbuat brifinqində çıxış edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun, ABŞ-nin qarşıdan gələn birgə hərbi təlimlər zamanı Yaponiyada “Typhon” ortamənzilli raket sistemini yerləşdirə biləcəyi ilə bağlı planlarını da tənqid etdi.

Qo raket sistemini "strateji hücum silahı" adlandırıb və bu cür yerləşdirmələrin Asiya-Sakit Okean bölgəsindəki ölkələrin təhlükəsizlik maraqlarını təhdid etdiyini bildirib. 

Çinli diplomatın sözlərinə görə, bu addım hərbi qarşıdurma riskini artıra və Çin, ABŞ və Yaponiya kimi böyük dövlətlərin iştirak etdiyi regional silahlanma yarışını daha da intensivləşdirə bilər. 

Çinin bir sıra dövlət rəsmiləri də bu cür raket yerləşdirmələrin regional sülhə zərər verəcəyini və Şərqi Asiyada sabitliyi pozacağını bəyan edirlər.  

Qeyd edək ki,  son zamanlar Çin və ABŞ arasında Tayvan, ticarət, hərbi ittifaqlar və dəniz təhlükəsizliyi ilə bağlı məsələlərdə daha gərgin geosiyasi rəqabət müşahidə olunur. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью