Çin ABŞ yə xəbərdarlıq etdi KONKRET

27.08.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni genişmiqyaslı sanksiyalara etiraz edib və Vaşinqtona xəbərdarlıq göndərib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib. Onun sözlərinə görə, Pekin Tehranla qanuni əməkdaşlığının pozulmasına və ya zəiflədilməsinə imkan verməyəcək.

Onun sözlərinə görə, İrana qarşı “iqtisadi müharibə” və “maksimum təzyiq” siyasəti problemin həllinə xidmət etmir. Əksinə, belə addımlar regionda gərginliyi və qarşıdurma riskini daha da artırır.

Lin Jian vurğulayıb ki, Çinlə İran arasında əməkdaşlıq beynəlxalq hüquq çərçivəsində həyata keçirilir və üçüncü tərəflərin təzyiqi ilə bu münasibətlərə xələl gətirilməməlidir.

Çin rəsmisi Pekinin bölgədəki vəziyyəti diqqətlə izlədiyini də bildirib. O qeyd edib ki, Çin öz qanuni hüquq və maraqlarını qorumaq üçün zəruri tədbirləri görəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью