Çin ABŞı kosmosda silahlanma yarışına başlamağı dayandırmağa çağırır

26.12.2024

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Çin hökuməti ABŞ rəsmilərini ABŞ qoşunlarının Yaponiyaya göndərilməsindən sonra kosmosda silahlanma yarışına başlamaqda ittiham edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “South China Morning Post” Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqanqın bəyanatına əsasən yazıb.

"Biz ABŞ-ı kosmosdakı təhlükəli hərəkətlərini ciddi şəkildə nəzərdən keçirməyə, kosmik münaqişəni təhrik etməyi dayandırmağa və yalan xəbərlər yaymağı dayandırmağa çağırırıq", - Çin müdafiə rəsmisi deyib.

O, bildirib ki, ABŞ rəsmiləri hazırda kosmik potensialı genişləndirməyə və hərbi ittifaqları gücləndirməyə davam edir. Onun sözlərinə görə, Pekin bu cür hərəkətləri “qlobal strateji sabitliyə təhlükə” kimi qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью