Çin ABŞın 28 şirkətinə məhdudiyyətlər tətbiq etdi

02.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Çin Xalq Respublikası (ÇXR) 28 ABŞ şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, siyahıya "General Dynamics", "Lockheed Martin Corporation", "Boeing Defence", "Space & Security" şirkətləri də daxildir.

Məlumata görə, bu addım ÇXR İxracatı İdarəetmə Qanunu və İxracata Nəzarət Qaydalarına uyğun olaraq, milli təhlükəsizliyi və Çinin maraqlarını qorumaq məqsədilə, həmçinin nüvə silahlarının yayılmamasına dair beynəlxalq öhdəliklərə riayət etmək üçün atılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью