Çin ABŞın şirkət və idarə heyətlərinə sanksiya tətbiq edir..? | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin Tayvana silah satışına görə 13 Amerika müdafiə sənayesi şirkəti və 6 idarəçiyə sanksiya tətbiq edəcəyini açıqlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada ABŞ-ın Tayvana yeni silah satışının “tək Çin” prinsipi və iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edən Üç Birgə Bəyannaməyə zidd olduğu bildirilib.
Açıqlamada satışın Çinin daxili işlərinə müdaxilə olduğu, onun suverenliyi və ərazi bütövlüyünü təhdid etdiyi bildirilib, Xarici Sanksiyalara Qarşı Tədbirlər Qanununa uyğun olaraq 13 şirkət və 6 rəhbər işçiyə sanksiya tətbiq ediləcəyi vurğulanıb.
Sanksiyalar çərçivəsində sözügedən şirkət və şəxslərin Çindəki bütün bütün əmlakları dondurulacaq, ölkədə bu şəxslər və qurumlarla əməkdaşlıq, alış-veriş və digər birgə fəaliyyətlər qadağan ediləcək.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti sonuncu dəfə noyabrın 29-da Tayvana F-16 ehtiyat hissələrinin, Elektron Skan edilmiş Aktiv İndeks radar sistemi və Mobil Abunəçi Avadanlıqları taktiki rabitə sisteminin satışını təsdiqlədiyini açıqlayıb.
Bu, ABŞ prezidenti Cozef Baydenin rəhbərlik etdiyi hökumət tərəfindən Tayvan üçün təsdiqlənmiş 18-ci hərbi satış idi.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin Bütün xəbərlər Facebook səhifəmizdə Digər xəbərlər Dünya "Suriyada müxalifətin hədəfi paytaxt Dəməşqdir" Dünya Taliban əfqan qadınlarına həkim və ya tibb bacısı olmağı qadağan edir Dünya İtaliyanın müdafiə naziri Livanda səfərdədir Dünya Beyinə verilən elektrik insanları ayağa qaldıracaq Dünya ABŞ-ın Qazaxıstandakı səfiri istefa verəcəyini açıqlayıb Dünya Tbilisidə etiraz aksiyası toqquşmasız başa çatdı Dünya "Bitcoin"in qiyməti bir yerdə dayanmır Dünya Fransızların 50 faizdən çoxu Emmanuel Makronun istefasını istəyir Dünya Aİ 500 milyard avroluq müdafiə fondunun yaradılmasını müzakirə edir Dünya Moldovada enerji sektorunda fövqəladə vəziyyət elan edilib Dünya Lavrovdan KRİTİK AÇIQLAMA Dünya Lavrov Ukrayna ilə sülhün şərtlərindən danışdı Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu