Çin ABŞla ədalətsiz ticarət həyata keçirir | Icma.az
Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial media hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasında Çin Kommunist Partiyasıyla bağlı xüsusi komitə mövcuddur: ABŞ : “Çin nüvə qüvvələrini artırır” "Komitənin sədri Con Mulenardır.
O da Tim Skott kimi Çinlə ticarət əlaqələrinin dayandırılmasının tərəfdarıdır.
Konqresmenlər hesab edirlər ki, Çin ABŞ-la ədalətsiz ticarət həyata keçirir.
Bu səbəbdən Con Mulenar Çinə qarşı yeni qanun layihəsi hazırlayıb. Qanun layihəsi ABŞ şirkətlərinə Çinə yatırım qoymağı qadağan edir.
Konqresmenin fikrincə, Amerika yatırımları Çinin hərbi gücünün artmasına və bu ölkənin texnoloji inkişafına yardım edir.
Yəni konqresmen demək istəyir ki, rəqibimizi öz əlimizlə gücləndirməməliyik.
Tam oxu
Xəbəri oxu