Çin ABŞnin 7 şirkətinə sanksiya tətbiq etdi

14.01.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Çin Ticarət Nazirliyi yeddi Amerika şirkətini Tayvana silah satan etibarsız təşkilatlar siyahısına əlavə edib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

“Çinin kəskin etirazına baxmayaraq, ABŞ-nin yeddi şirkəti Tayvana silah satışında iştirak edib və qondarma hərbi və texniki əməkdaşlıq həyata keçirərək, Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına ciddi ziyan vurub”, - deyə nazirliyin bəyanatında bildirilir.

Qeyd edək ki, sanksiya siyahısına "Inter-Coastal Electronics", "System Studies & Simulation", "IronMountain Solutions", "Applied Technologies Group", "Axient", "Anduril Industries" və "Maritime Tactical Systems" daxildir.

T.İSMAYIL 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью