Çin Aİ dən şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb ETDİ

26.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Çin Avropa İttifaqını (Aİ) Rusiyaya ixracla bağlı məhdudiyyətlər çərçivəsində sanksiya siyahısına daxil edilmiş Çin şirkətlərini siyahıdan çıxarmağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Çinin Ticarət Nazirliyi noyabrın 26-da Aİ-nin Çinin “Yusha Group” şirkətinə qarşı sanksiyaları ləğv etməsi ilə bağlı qərarını müsbət qiymətləndirib. Nazirlik bu addımın Çin və Avropa İttifaqı şirkətləri arasında əməkdaşlıq üçün əlverişli şərait yaratdığını bildirib.

“Ümid edirik ki, Aİ digər Çin şirkətlərini də sanksiya siyahılarından çıxarmağa davam edəcək”, – deyə nazirlikdən bildirilib.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью