Çin alimləri Mars okeanı ilə bağlı tutarlı fakt aşkarlayıblar

25.02.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elm adamları belə qənaətə gəliblər ki, onlar dəqiq şəkildə Marsda qədim okeanın sahilini kəşf ediblər. Bu barədə Amerikanın PNAS elmi jurnalı məlumat yayıb.
Marsda qədim okeanın sahil zolağı aşkarlanıb "Alimlərin sözlərinə görə, onların əldə etdikləri tapıntılar təkcə qırmızı planetin şimal sahəsində qədim okeanın mövcudluğunu təsdiq etməyib. Bu, həm də Marsın ətraf mühitinin təkamülü haqqında mühüm fikirlər ortaya qoyub. Beləliklə, "Utopia Planitia" adlandırılan bölgənin cənubundakı ərazilər qədim okean dalğaları tərəfindən əmələ gəlmiş qum və çınqıldan ibarət sahil qalıqları artıq ehtimal sayılmır", - nəşr yazıb.
Mars aparatı tərəfindən toplanan radiolokasiya məlumatları hətta "Utopia Planitiya"nın cənub hissəsinin yeraltı hissəsində geniş yataqlar da aşkar edib. Bu çöküntülər Yerdəki sahil çöküntülərinin quruluşuna bənzər bir formaya malikdir: "Bu faktın özü də keçmişdə bizə yaxın olan bu planetin şimal sahəsində okeanın olduğunu göstərir".

Xatırladaq ki, ötən ilin noyabrında “Çjujun” qədim zamanlarda Marsda nəhəng okeanın mövcud olması nəzəriyyəsini dəstəkləyən yeni dəlillər aşkar etmişdi. Cihaz həmin vaxtı da sahil xəttinin mümkün izlərini tapmışdı.
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью