Çin alimləri Tibeti kənd təsərrüfatı bölgəsinə çevirməyi təklif edir

23.03.2025

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Çində bir qrup alim Tibet yaylasını yeni mühüm kənd təsərrüfatı bölgəsinə çevirməyi təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" yazır.

Mütəxəssislər iqlim dəyişikliyindən narahatdırlar ki, bu da növbəti illərdə ənənəvi kənd təsərrüfatı sahələrinə təsir göstərə bilər.

Pekindəki Milli İqlim Mərkəzinin (NCC) alimləri xəbərdarlıq ediblər ki, istiləşmə yaxın onilliklərdə kənd təsərrüfatı istehsalına birbaşa təsir göstərə bilər. Çin üçün bu problemin həlli indi temperaturun aşağı olduğu dağlıq bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsi ola bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью