Çin Amerika filmlərinin nümayişini dayandıracaq

10.04.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çin Vaşinqton və Pekin arasında ticarət müharibəsi fonunda Amerika filmlərinin nümayişini dayandırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Dövlət Kino Administrasiyası bəyanat yayıb.

“ABŞ hökumətinin Çinə qarşı rüsumlardan sui-istifadə etməklə bağlı səhv təcrübəsi qaçılmaz olaraq çinli tamaşaçıların Amerika filmlərinə marağının daha da azalmasına gətirib çıxaracaq”, - nazirliyin bəyanatında deyilir.

“Biz bazar qaydalarına əməl edəcəyik, tamaşaçı seçimlərinə hörmətlə yanaşacağıq və idxal olunan Amerika filmlərinin sayını əsaslı şəkildə azaldacağıq”,- deyə məlumatda qeyd olunub.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının 125 faizə qədər artırılacağını açıqlamışdı. Çin hökuməti aprelin 10-da ABŞ-dan idxal olunan mallara rüsumları 84%-ə qaldıracağını açıqlayıb. Bu tədbir Vaşinqtonun hərəkətlərinə cavab olaraq atılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью