Çin APEC sammitinə ev sahibliyi edəcək

18.11.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Çin 2026-cı ildə keçiriləcək Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammitinə ev sahibliyi edəcək".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Peruda keçirilən APEC İqtisadi Liderlər Toplantısında çıxış edən Çin sədri Si Cinpin deyib.

Onun sözlərinə görə, APEC regionu dünyanın ən dinamik iqtisadiyyatına və əsas mühərrikinə çevirir:

"Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı onilliklər ərzində Asiya və Sakit Okean regionunda inkişaf, tərəqqi və əlaqə sahələrində böyük uğurlara səbəb olub. Bu il Perunun paytaxtı Limada keçirilən APEC Sammiti 2025-ci ildə Cənubi Koreyanın Kyoncu şəhərində keçiriləcək".

Qeyde dək ki, Sakit okean qurşağında yerləşən 21 iqtisadiyyatın yaratdığı APEC ilk sammitini 1989-cu ildə keçirib. Çin daha əvvəl 2021 və 2014-cü illərdə sammitlərə ev sahibliyi edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью