Çin artan tariflərə görə yeni Boeing təyyarəsini ABŞ yə geri göndərdi

21.04.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni ticarət rüsumlarının tətbiqindən sonra 55 milyon dollar dəyərində qiymətləndirilən "Boeing 737 Max" təyyarəsinin Çin üçün qiyməti iki dəfədən çox arta bilər. Bu səbəbdən Çin artıq "Xiamen Airlines" şirkətinin rənglərinə boyanmış sərnişin təyyarəsini Sietldəki zavoda geri qaytarıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Çin aviaşirkəti üçün nəzərdə tutulmuş "Boeing" təyyarəsi Donald Tramp administrasiyası tərəfindən başladılan tarif siyasətinin birbaşa qurbanına çevrilib.

Təyyarə Sietlə geri qayıdarkən – bu məsafə 8 min kilometri aşır – yolboyu yanacaq doldurmaq üçün Qvam və Havay adalarında eniş edib.

Qeyd edək ki, Çin hökuməti ölkənin aviaşirkətlərinə ABŞ-dən "Boeing" təyyarələrinin alınmasını dayandırmaq göstərişi verib.

Tramp Çindən idxala tətbiq olunan əsas tarifləri 145 faizə qədər artırıb. Cavab olaraq, Pekin də ABŞ-dən idxal edilən məhsullara 125 faiz rüsum tətbiq edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью