Çin artıq ABŞ dan daha çox gəmiyə malikdir

07.04.2025

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NATO Çinin hərbi-sənaye kompleksinə (MİK) qoyulan sərmayələrdən və Çin ordusunun inkişafından təəccüblənib.
Demokrat.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rutte bildirib. 
Rutte qeyd edib ki, Çinin hərbi-sənaye bazasını genişləndirməsinə baxsanız, Çin haqqında sadəlövh ola bilmərsiniz. 
Onun sözlərinə görə, Çin artıq ABŞ-dan daha çox gəmiyə malikdir və 2030-cu ilə qədər Pekin nüvə başlıqlarının sayını minə çatdıracaq.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью