Çin avtomobil ixracında rekord qırdı

16.07.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Çin ilk dəfə bir ay ərzində 1 milyondan çox avtomobil ixrac edib.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Məlumata görə, iyun ayında Çindən avtomobil ixracı tarixdə ilk dəfə 1 milyon ədədi ötüb:

“Dünyanın ikinci ən böyük iqtisadiyyatının xarici bazarlara avtomobil tədarükü ümumilikdə 27% artıb. Gözləniləndən yüksək ticarət göstəriciləri Çinə ABŞ Prezidenti Donald Trampın başladığı tarif müharibəsinə baxmayaraq, ötən il qeydə alınan 1 trilyon dollarlıq rekord ticarət profisitinə yaxınlaşmağa, hətta bu rekordu üstələməyə imkan verir. BYD-dən “Jaecoo”ya qədər Çin avtomobil markalarının satışları sürətlə artır və xüsusilə Avropada uzun illərdir bazarda olan brendlərin bazar payını əllərindən alır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью