Çin avtomobil satıcısı “CHİNA CAR” cərimələnir SƏBƏB

16.12.2024

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

- +

Azərbaycanda Çin istehsalı olan avtomobillərin satışını həyaka keçirən “CHİNA CAR” MMC barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“CHİNA CAR” ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 19 dekabr tarixində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью