Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada Çin istehsalı olan avtomobillə bağlı daha bir qalmaqallı qəza baş verib.
Avtosfer.az xəbər verir ki, Chery Tiggo 7 Pro markalı avtomobil dirəyə çırpılaraq ikiyə bölünüb. Moskvada qarlı hava şəraitində baş verən qəzada ölən olmayıb. Arxa oturacaqdakı 2 sərnişin zərbənin təsirindən bir neçə metr aralı düşüb. Onlara yerində tibbi yardım göstərilərək evə buraxılıb.
Qeyd edək ki, bu, il başlayandan Rusiyada ikinci analoji qəzadır. Yanvarın 6-da baş verən qəzada da eyni markalı avtomobil ikiyə bölünmüşdü. Bundan sonra isə maşınların kraş-testdən necə keçməsi barədə müzakirələr çoxalıb.
Sözügedən qəza ilə bağlı aşağıdakı linkdə ətraflı məlumat almaq mümkündür:
Vüqar Yaşaroğlu