Çin avtomobilləri Avropada yapon rəqiblərini geridə qoydu

26.10.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az 

Çin avtomobil istehsalçıları Avropa bazarında mövqelərini gücləndirərək ilk dəfə bir rüb ərzində yapon rəqiblərini geridə qoyublar.

Banco.az xəbər verir ki, sentyabr ayında Çin markalı avtomobillərin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artıb. Nəticədə, bu markaların Avropa bazarındakı payı 12,7%-ə çatıb.

Çin avtomobillərinin satış artımında hibrid modellər mühüm rol oynayıb. Müqayisə üçün, "Toyota Motor" da daxil olmaqla, yapon istehsalçılarının bazar payı 11,9% təşkil edib.

"Volkswagen" və "Renault" kimi Avropa istehsalçıları bazarda lider mövqelərini qoruyub saxlasalar da, Çin markalarının sürətli yüksəlişi rəqabəti daha da gücləndirib. Beş il əvvəl Çin istehsalçılarının Avropadakı satış payı cəmi 1% idi.

Yapon avtomobil istehsalçıları Avropada möhkəmlənmək üçün onilliklər sərf ediblər. "Toyota" 1963-cü ildən qitədə avtomobil satır, "Nissan" isə 1986-cı ildən Böyük Britaniyanın Sanderlend şəhərində istehsal həyata keçirir.

Çin markaları xüsusilə Böyük Britaniya bazarında uğur qazanır. Məlumata görə, "Chery" şirkətinin "Jaecoo" 7 SUV modeli mart-sentyabr aylarında ölkədə ən çox satılan avtomobil olub.

Çin istehsalçılarının Avropaya genişlənməsi yerli avtomobil sənayesinin üzləşdiyi çətinlikləri daha da artırır. Eyni zamanda, Çində istehlakçıların "Volkswagen" və "BMW" kimi xarici markalardan yerli istehsalçılara yönəlməsi və daxili tələbatın zəifləməsi "BYD" kimi şirkətləri yeni bazarlara çıxmağa sövq edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью