Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-сi ildə Azərbaycanda 4038 ədəd və ya əvvəlki illə müqayisədə 1960 ədəd (və ya 32,7%) az minik avtomobili istehsal olunub (yığılıb).
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında göstərilib.
Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 23,9 faiz azalaraq 474 ədəd, yük avtomobillərinin istehsalı isə 60,8 faiz azalaraq 273 ədədə düşüb.
Qeyd edək ki, son illər Azərbaycanda əsasən idxal avtomobillər üstünlük təşkil edir.
Ancaq bununla yanaşı, "Azərmash" (Xazar/Niva/Peugeot/FAW), "Ganja Auto Plant" (VAZ/URAL/ZIL), "Siyazan Auto Plant" (Ford), və NAZ-EV (elektrikli/qaz avtomobilləri) kimi zavodlarda müxtəlif markaların (məsələn, Lada, Peugeot, Ford, FAW, və yerli elektrikli/qaz) avtomobillərinin yerli yığılması davam edir.
Əsasən köhnə avtomobillərin idxalının məhdudlaşdırılması və hibridlərdən vergi güzəştlərinin bitməsi ilə bağlı cari bazar tələbi daha yeni və yaşının az olduğu (7 ilədək) avtomobillərə doğru dəyişir.
Hazırda yerli istehsalın azalması istehlakçıların yerli məhsullara tələbinin olmamasından irəli gəlir? Bu tendensiya davam edəcəkmi?