Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya ordusunda Çin istehsalı olan dron və avtomobillərdən istifadə qadağan edilib.
Avtosfer.az xəbər verir ki, Bundesver (ordu) bunu casusluq təhlükəsi ilə izah edir. Bütün qarnizon və poliqonların ərazisində Çin dron və avtomobillərindən istifadə qadağandır.
Hərbi hissələrin də ərazisinə bu maşınlarla daxil olmaq qadağandır. Hərbi hissələrdə işləyən hərbçilər və mülki işçilər də avtomobillərini xüsusi ayrılmış təhlükəsizlik zonasında saxlamalıdırlar.
Alman ekspertlər iddia edirlər ki, Çin avtomobillərində quraşdırılmış kameralar hərbi təlimlər və silahlanma barədə məlumatları toplayaraq Çinə ötürə bilər. Belə bir fakt artıq mövcuddur. Ötən avqustda məlum olub ki, Britaniya ordusundakı dronlarda istifadə edilən Çin detalları informasiyanı məxfi şəkildə Pekinə ötürürmüş.
Vüqar