Çin avtomobilləri ucuzlaşacaq AÇIQLAMA

27.01.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son aylarda Azərbaycan avtomobil bazarında maraqlı tendensiya müşahidə olunur. Çin istehsalı olan avtomobillərin qiymətlərində bahalaşma baş versə də, satış həcmlərində azalma qeydə alınır. Bir müddət əvvəl yüksək tələbatla qarşılanan “BYD” və “Changan” markalı avtomobillər hazırda salonlarda alıcı gözləyir.Salonların qarşısında onlarla satılmamış Çin avtomobilinin qalması bazardakı durğunluğu açıq şəkildə göstərir. Buna görə də bəzi salonlarda Çin avtomobilləri yenidən əvvəlki endirimli qiymətlərlə təklif olunur. Mövcud vəziyyət Çin avtomobilləri bazarında yeni qiymət siyasətinin qaçılmaz olduğunu göstərir.
Bu barədə avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a açıqlama verib.O deyib ki, əlavə ödəniş mexanizmi sərnişinləri ölçüsüz və lazımsız yüklərlə metrodan istifadə etməməyə təşviq edir:
Ekspertin fikrincə Çin avtomobillərinin qiymətinin artması bazarda gözlənilən bir hadisə idi.
“Qiymət artdıqca alıcıların sayı azalır, çünki tələb qanunu üzrə qiymət və tələbat arasında tərs əlaqə mövcuddur. Hazırda salonlarda avtomobillərin sayı artıb, amma alıcıların marağı azalıb, bu da təklifin tələbi üstələməsinə səbəb olur. Bəzi salonlar əvvəlki endirim qiymətlərini saxlamaqla satışları artırmağa çalışır, bu isə bazarda qiymətlərin yüksək olduğunu göstərir. Qiymət endirimi alıcıları cəlb etmək üçün qısa müddətli strategiyadır və bazar tarazlığının bərpasına xidmət edir. Qiymətlərin bahalaşması əsasən idxal xərclərinin, vergi və daşınma xərclərinin artması ilə izah oluna bilər. Alıcılar bahalaşmanı gözlədikləri üçün alışlarını təxirə salmış ola bilərlər”. 
O bildirib ki, bu, bazarda tələbin dövri dəyişkənliyinə səbəb olur:
“Qiymətlərin bazar tələbinə uyğunlaşması gözlənilir, əks halda alıcılar daha ucuz və ya yerli alternativlərə yönələcəklər. Çin avtomobilləri bazarında qiymət və tələbat arasında balans hələ tam bərpa olunmayıb, amma endirim siyasəti bazarı hərəkətə gətirməyə yönəlib. Satıcılar qısa müddətli gəliri qorumaq üçün elastik qiymət strategiyası tətbiq edirlər. Qiymət artımı gözlənilsə də, tələb səbəbindən qiymətlərin yenidən düşməsi qaçılmazdır”.
Leyla Turan 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью