Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Avropa avtomobillərində eyni modelin müxtəlif mühərriklərlə təqdim olunmasına alışmışıq. Amerika maşınlarında isə mühərrik həcmi daha böyükdür. Çində isə bir qayda olaraq əksər modellər 1,5 litrlik mühərriklə təqdim edilir. Səbəb nədir?
Avtosfer.az xəbər verir ki, başlıca amil vergidir. 1 litrlik mühərrikə görə istehsalçı cəmi 1 faiz aksiz ödəyir. 1,5 litrlik mühərrikin vergisi 3 faiz, 2 litr üçün 5 faizdir. Bundan sonra isə vergi 40 faizədək artır.
İstehsalçı zavodlar da əlavə xərcdən qaçmaq üçün optimal versiya kimi 1,5 litrlik mühərrikləri seçir.
Vüqar