Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çinin avtomobil ixracı 50 faiz artıb.
Ölkə.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyası (CAAM) məlumat verib.
Bildirilir ki, bu ilin ilk iki ayında Çinin avtomobil ixracı 1,35 milyon ədədi keçib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz artım deməkdir.
Rəsmi məlumatlara görə, yeni enerji nəqliyyat vasitələrinin (NEV) tədarükü 110 faiz artaraq 583.000 ədədə çatıb ki, bu da ümumi ixracın təxminən 40 faizini təşkil edir.