Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Sahib Şükürov, YAP Göyçay rayon təşkilatının sədri Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində olduqca mühüm məqamlara toxunub, Azərbaycan-Cin münasibətlərindən bəhs edib.
Prezident İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti olduğunu diqqətə çatdırıb.
Ölkə başçısı qeyd edib ki, Azərbaycan bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdi.
Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik.
“Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar.
Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı”, - deyən ölkə başçısı Azərbaycanın bu məsələni özünün həll etməli, ədaləti özünün bərpa etməli olduğunu bildirib.
Prezident İlham Əliyev çoxqütblü dünyada Azərbaycanın yerinin harada olması ilə bağlı aparıcının sualını cavablandırması müsahibədə diqqət çəkən məqamlardan biri olub.