Çin Azərbaycan və Cənubi Koreyada təyyarə qəzasından sonra təhlükəsizlik tədbirləri görüb …
Icma.az, Report.az portalına istinadən məlumat yayır. Çin hakimiyyəti Azərbaycan Hava Yolları (AZAL) və Cənubi Koreyanın “Jeju Air” şirkətlə
“Report” xəbər verir ki, bunu Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinin təhlükəsizlik üzrə direktoru Şu Minsyian deyib.
“Azərbaycan və Cənubi Koreyada baş vermiş son böyük aviasiya qəzaları ilə əlaqədar olaraq, Mülki Aviasiya İdarəsi hazırkı mərhələdə əsasən aşağıdakı istiqamətlərdə işləyir: əvvəlcə, dərhal xüsusi iclaslar keçirdik.
Təcili cavab tələb edən təhlükəsizlik risklərinin qarşısının alınması üçün tədbirlərin məqsədyönlülüyü və effektivliyi artırılıb”, - o, mətbuat konfransında deyib.
Mülki Aviasiya İdarəsi həmçinin ölkə daxilində hava limanlarında yoxlamalar həyata keçirib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün enmə zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən olunmasını təmin edib.
Onun sözlərinə görə, qəzalara səbəb ola biləcək quşların hava limanlarının ərazisindən qorxudulmasına və sıxışdırılmasına xüsusi diqqət yetirilir.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu