Çin bazarı Toyota nı vurdu: İstehsal və satış AZALDI

28.08.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Toyota Motor" şirkətinin qlobal avtomobil satışları iyul ayında 4,8% azalaraq 856 125 ədəd təşkil edib, ümumi istehsal həcmi isə 2,1% aşağı düşüb.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bu geriləmə əsasən Çin (24,3%), Yaxın Şərq (44,5%) və ABŞ (0,8%) bazarlarındakı tələbatın azalması ilə bağlıdır.
Xüsusilə Çində yüksək yanacaq qiymətlərinin hibrid və ənənəvi avtomobillərə marağı azaltması satışlara ciddi zərbə vurub.
Xarici bazarlardakı zəifləməyə rəğmən, şirkətin Yaponiya daxilindəki fəaliyyətində müsbət dinamika qeydə alınıb. Belə ki, ölkə daxilində satışlar 11%, avtomobil istehsalı 12,4%, ixrac isə 10,2% artıb. (Plat.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью