Çin bazarlarında ən etibarlı AVTOMOBİLLƏR

22.05.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Çində yerli montajla istehsal edilən ən etibarlı krossoverlərin reytinqi açıqlanıb. Alman və yapon modelləri ilk beşlikdə yerli Çin markalarına üstünlük təşkil edib. Reytinqi "Çin Keyfiyyət Şəbəkəsi" adlı təşkilat avtomobil sahiblərinin nasazlıqlarla bağlı şikayətlərini təhlil edərək tərtib edib – az xal toplayan modellər daha etibarlı sayılıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, birinci yeri SAIC tərəfindən montaj edilən Audi Q6 tutub. İkinci və üçüncü yerlərdə Dongfeng tərəfindən istehsal olunan Honda UR-V və Honda XR-V qərarlaşıb. İlk beşliyi FAW montajlı Audi Q2L və GAC istehsalı Honda Avancier tamamlayıb.

Yerli brendlərdən yalnız GAC GS8 və Tank 500 ilk onluğa daxil ola bilib.

Etibarlı modellər:

Audi Q6 – 140 cərimə xalı

Honda UR-V – 142

Honda XR-V – 143

Audi Q2L – 145

Honda Avancier – 146

GAC GS8 – 147

Cadillac GT4 – 149

Jetta VS7 – 150

Volvo XC60 – 151

Tank 500 – 151

Etibarsız modellər:

Dongfeng Aeolus AX7 – 267 cərimə xalı ilə sonuncu yeri tutub.

Onu Range Rover Evoque (263 xal) və Venucia Star (259 xal) izləyib.

Bu reytinq Çin bazarındakı 97 model əsasında hazırlanıb. Nəticələr göstərir ki, Çin montajlı xarici modellər yerli avtomobillərlə müqayisədə daha yüksək etibarlılığa malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью