Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin ABŞ-la ticarət barışığı əldə etdikdən sonra “Boeing” təyyarələrinə qoyduğu qadağanı ləğv edib.
Reyting.az xəbər verir ki, bu barədə “Bloomberq” məlumatlı mənbələrə istinadla bildirib.
Xatırladaq ki, bazar ertəsi ABŞ və Çin dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsini dayandıraraq, ən azı 90 gün ərzində kəskin tarifləri azaltmaq barədə razılığa gəliblər.
Pekin rəsmiləri bu həftə milli daşıyıcılara və dövlət qurumlarına ABŞ istehsalı olan təyyarələrin çatdırılmasının bərpa oluna biləcəyini söyləməyə başlayıb.
“Boeing” aprel ayında Çindəki bir neçə müştərisinin tariflərə görə yeni təyyarələr tədarük etməyəcəklərini söylədiklərini və potensial olaraq onlarla təyyarəni satmaq niyyətində olduğunu bildirib.
V. QULİYEV