Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, adları açıqlanmyan mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, potensial sifarişin konkret həcmi hazırda müzakirə olunur və bu, iyul ayında Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla bir sıra Avropa liderlərinin Çinə planlaşdırılan səfəri zamanı verilə bilər.
“Sifarişin əhəmiyyətli hissəsini geniş gövdəli “Airbus”lar təşkilı edəcək. Sifarişin həcmi 500 təyyarəyə çatarsa, bu, dünyanın və Çinin ən böyük sifarişlərindən biri olacaq”, - mənbələr bildiriblər.
Qeyd edək ki, 2022-ci ildə Çin artıq “Airbus” şirkətindən 37 milyard dollar dəyərində 300-ə yaxın təyyarə sifariş edib.
Bununla belə, “Bloomberg” agentliyinin mənbələri potensial sövdələşmə üzrə danışıqların hələ ilkin mərhələdə olduğunu və onların uğurlu keçəcəyinə zəmanətin olmadığını söyləyirlər. Müqavilə bağlanarsa, bu, “Airbus” şirkətinin dünyanın ən böyük mülki aviasiya bazarlarından birində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Xatırladaq ki, 1960-cı illərin sonlarında bir neçə Avropa təyyarə istehsalçısının birləşməsi nəticəsində yaranan “Airbus” şirkəti dünyanın ən böyük təyyarə istehsalçılarından biri kimi sərnişin, yük və hərbi nəqliyyat təyyarələri istehsal edir.
Şirkət “Avropa” təyyarə istehsalçısı hesab edilsə də, qanuni olaraq baş ofisi Blanyakda (Fransa, Tuluza şəhəri) yerləşən fransız qurumudur. 2001-ci ildə Fransa qanunlarına əsasən səhmdar cəmiyyəti və ya “S.A.S.” (Fransızca: Société par Actions Simplifiée - sadələşdirilmiş səhmdar cəmiyyəti) kimi birləşdirilib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. “Sifarişin əhəmiyyətli hissəsini geniş gövdəli “Airbus”lar təşkilı edəcək. Sifarişin həcmi 500 təyyarəyə çatarsa, bu, dünyanın və Çinin ən böyük sifarişlərindən biri olacaq”, - mənbələr bildiriblər.