Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çinin şimalında yerləşən Kubuçi səhrasında "Böyük Günəş Divarı" adlı və günəş enerjisi ilə işləyəcək nəhəng elektrik stansiyasının tikintisinə başlanılıb. Bu layihənin 8 milyon paneldən ibarət olacağı, ümumi gücünün isə 100 QVt-a çatacağı bildirilir.
Reyting.az-ın məlumatına görə, 2030-cu ilə qədər stansiyanın illik istehsalı 180 milyard kVt-saat planlaşdırılır ki, bu da Pekin şəhərinin enerji tələbatını üstələmək deməkdir.
Çinli mütəxəssislərin fikrincə, bu layihə səhradakı torpağın təbii vəziyyətinə də müsbət ekoloji təsir göstərəcək.
Oqtay QORÇU