Çin bu mühüm malların ABŞyə ixracını qadağan etdi RƏSMİ

03.12.2024

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

ABŞ-nin Çinə qarşı çip məhdudiyyətlərini ağırlaşdırması cavabsız qalmayıb.

Sfera.az xəbər verir ki, Çin də öz növbəsində ABŞ-də hərbi təyinatlı məhsulların istehsalında istifadə edilən bəzi mühüm malların ixracını məhdudlaşdırıb.

Çin Ticarət Nazirliyi tərəfindən verilən açıqlamada qalium, germanium, surma və super sərt materialların Amerikaya ixracı qadağan olunub.

Xatırladaq ki, Birləşmiş Ştatlar Pekinin texnoloji ambisiyalarını məhdudlaşdırmağa yönəlmiş fəaliyyətlərinə əlavə olaraq, Çinin çiplər və süni intellekt üçün həyati vacib komponentlərə çıxışını məhdudlaşdıran yeni qaydalar qəbul edib.

Vasif

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью