Çin bu ölkəyə xəbərdarlıq etdi Yeni münaqişə başlayır?

12.03.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çin Müdafiə Nazirliyi Yaponiyanın 12 tipli uzaqmənzilli gəmi əleyhinə raketlər yerləşdirmək planlarından ciddi narahatlığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Jiang Bin açıqlama yayıb. O, qeyd edib ki, bu cür hərəkətlər Çinin təhlükəsizliyinə təhdid kimi qəbul ediləcək və Yaponiya rəhbərliyi üçün ciddi nəticələrə səbəb ola bilər.

Binin sözlərinə görə, təxminən 1000 kilometrə çatan geniş mənzilli raketlərin yerləşdirilməsi Tokionun artan hərbi fəaliyyətindən xəbər verir. Çin hesab edir ki, bu addımlar Yaponiyanın militarist siyasətinə qayıdışı və özünümüdafiə konsepsiyasından imtinanı göstərir.

Çin ordusu yeni silahların Şərqi Asiyada gərginliyi artıra və regiondakı strateji balansı dəyişdirə biləcəyini vurğulayır. O, əlavə edib ki, Yaponiyanın hər hansı bir güclü hərəkəti onun rəhbərliyi üçün ciddi nəticələrə səbəb olacaq.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью