Çin, Cənubi Koreya və Yaponiyanın XİN başçıları Tokioda görüşəcək

13.02.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri martın 22-də Tokioda görüşməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, tədbirin proqramı yekun təsdiqlənmə mərhələsindədir.

Eyni zamanda, Tokioda xarici işlər nazirləri və iqtisadi məsələlərə cavabdeh olan nazirlərin iştirakı ilə “Yüksək Səviyyəli Yaponiya-Çin İqtisadi Dialoqu”nun keçirilməsi də planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью