Çin Cielong 3 raketi ilə dənizdən 7 peyk buraxıb

13.02.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin kommersiya peyk daşınması üçün nəzərdə tutduğu "Cielong-3" (“Ağıllı Əjdaha”) raketi ilə dənizdən kosmosa 7 peyk göndərib.

"Cebheinfo.az" xəbər verir ki, "Xinhua" agentliyinin xəbərinə görə, peyklər Quandun əyalətinin Yantszyan şəhəri sahillərindəki dəniz platformasından orbitə göndərilib.

Raketin planlaşdırılan orbit mövqeyinə daşıdığı peyklər arasında Çinin Pakistan üçün hazırladığı "PRSC-EO2" peyki də yer alır.

Məsafədən zondlama xüsusiyyətli optik peyk xəritəçəkmə, ətraf mühit və təbii sərvətlərin qorunması, həmçinin təbii fəlakətlərin izlənilməsi işləri üçün istifadə olunacaq.
Bu fırlatma "Cielong-3" raketi ilə həyata keçirilən 9-cu daşıma missiyası olub.

Çin Fırlatma Vasitələri Texnologiyası Akademiyasına (CALT) tabe olan "China Rocket" şirkəti tərəfindən hazırlanan "Cielong-3" yerdən 500 kilometr hündürlükdəki Günəşlə Sinxron Orbitə 1,6 tona qədər yük daşıya bilir.

Uzunluğu 31 metr, diametri isə 2,65 metr olan bərk yanacaqlı raket 4 mərhələli alışma mexanizminə malikdir.

Kommersiya peyk bazarındakı artan tələbi qarşılamağı hədəfləyən raketin fırlatma xərclərini kiloqram başına 10 min dollardan aşağı endirəcəyi proqnozlaşdırılır.

Şirkət daha əvvəl hazırladığı "Cielong-1" raketi ilə 2019-cu ildə Günəşlə Sinxron Orbitə 3 peyk fırlatmışdı.
Birinci nəsil raket 200 kiloqram daşıma qabiliyyətinə malik idi.

Şirkətin növbəti nəsil "Cielong-4" raketinin isə 2,5 ton daşıma qabiliyyətinə malik olması planlaşdırılır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью