Çin çıxarma mərasimi zamanı mənzilini yandırdı FOTO

11.02.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Udmurtiyada 67 yaşlı təqaüdçü qadın şər ruhları qovmaq üçün ritual etmək qərarına gəlib və bu zaman mənzilini yandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə rayonun Karakulino kəndində baş verib. Yaşlı qadın mənzildə “cadugərləri qovmaq” üçün mərasim keçirməyi qərara alıb və şam yandırıb, sonra isə onu paltaryuyan maşının üzərinə qoyub. Özü isə digər otağa keçib.

Yanan şam evdə yanğına səbəb olub. Alovu görən yaşlı qadın qorxaraq küçəyə qaçıb. Qonşular hadisə yerinə yanğınsöndürənləri çağırıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iki kvadratmetr sahədə alovu söndürüblər.

Lalə, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью