Cin çıxartmaq istədi: Uşağını öldürdü

03.06.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

ABŞ-də 6 yaşlı bir uşağın "cin çıxarma" zamanı öldüyü və ananın isə qətldə ittiham olunduğu  iddia edilib.

Ra’myl Pierre adlı oğlan Floridadakı evində ölü tapılıb. 

News24.az ABC News-a istinadən xəbər verir ki,  uşaq iki həftədən çox məktəbə gəlmədikdə səlahiyyətlilər onun evinə gedib və cəsədini aşkar ediblər. 

Qətldə ittiham olunan ana oğlunun ölümü ilə bağlı bunları deyib:

"Allah oğlumun bədənindən cinləri qovmağı əmr etdi. Oğlum hərəkətsiz qaldı və öldü. Bu zaman onun cinlərdən təmizləndiyini hiss etdim və onun geri dönməsini gözlədim".

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью