Çin dəniz platformasından orbitə raket buraxıb

11.10.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pekin, 11 oktyabr, AZƏRTAC

Çinin dəniz platformasından “Gravity-1” daşıyıcı raketi ilə orbitə 3 peyk göndərilib.

AZƏRTAC xəbər verir ki, özəl şirkətin istehsalı olan raketin buraxılışı Şandon əyalətinin sahil sularından yerli vaxtla saat 10:20-də (Bakı vaxtı ilə saat 6:20) baş tutub. Dünyanın ən böyük və güclü bərk yanacaq raketinin 2-ci buraxılışında peyklər planlaşdırılan orbitə çatdırılıb.

Qeyd edək ki, “Gravity” daşıyıcı raketinin ilk buraxılışı ötən ilin yanvarında olub. İstehsalçı şirkətin məlumatına görə start çəkisi 405 ton olan raket 6,5 ton yükü aşağı Yer orbitinə və ya 4,2 tona qədər olan yükü 500 kilometr hündürlükdə tipik günəş sinxron orbitinə daşıya bilər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью